Ronaldo üçün “Neftçi” və “Xəzər Lənkəran” “Barselona”dan üstündür
17.09.2011 - 14:46
Portuqaliya milli komandasının və İspaniyanın “Real” klubunun futbolçusu Kriştianu Ronaldo əzəli rəqib “Barselona”ya nifrət etdiyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçu üçün Kataloniya təmsilçisi planetin ən sonuncu komandasıdır.
Dünyanın 2 ən güclü futbolçusundan biri olan Ronaldo üçün hətta Azərbaycan klubları da “Barselona”dan öndə durur. Portuqaliyaya inansaq, o “Neftçi” və “Xəzər Lənkəran”ın təklifini Messi ilə yanaşı oynamaqdan üstün tutur: “Mən istənilən klubun təklifini gözdən keçirməyə hazıram. Ancaq “Barselona” dünyanın oynaya biləcəyim sonuncu klubdur. Madriddə tam xoşbəxtəm”.

0
0