DÇ-yə 1000 gün qalıb
17.09.2011 - 15:31
DÇ-yə 1000 gün qalıb
2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsinə 1000 gün qalıb. Apasport.az saytının məlumatına görə, yarışın startından 1000 gün əvvəl çempionat matçlarını qəbul edən şəhərlərdə müxtəlif tədbirlər keçirilib. Fərqli şəhərlərdə fərqli mərasimlər təşkil olunsa da eyni hadisə ilə müşayiət olunub. Belə ki, final mərhələsini qəbul edəcək şəhərlərdə quraşdırılan və yarışın startına qalan vaxtı əks etdirən saatlar geriyə, azalan istiqamətdə hərəkətə başlayıb.