PFL-dən yenilik
17.09.2011 - 16:29
PFL-dən yenilik
Azərbaycan Premyer Liqasının VI turu yeniliklə əlamətdar olub. Apasport.az-ın məlumatına görə, ilk dəfə çempionat oyunu Peşəkar Futbol Liqasının rəsmi saytı vasitəsilə canlı yayımlanır. İndiyədək heç bir qarşılaşmanı yayımlamayan rəsmi sayt turun start oyunu olan “Qarabağ” – “Xəzər Lənkəran” matçında bu addımı atıb.

Qeyd edək ki, qarşıdakı turlarda da ən maraqlı matçların sayt vasitəsilə yayımlanması nəzərdə tutulub.