“Qəbələ”nin ilk məğlubiyyəti, “Bakı” 2-ci pillədə
18.09.2011 - 19:20
“Qəbələ”nin ilk məğlubiyyəti, “Bakı” 2-ci pillədə
Bu gün Azərbaycan Premyer liqasında VI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, dünən 3 oyunu baş tutan turun son 3 qarşılaşması keçirilib.

Günün ilk oyunu Tovuzda baş tutub. “Turan”ın qonağı olan “Bakı” 2:0 hesablı qələbəyə sevinib. Lakin baş məşqçi Aleksandr Starkov hələ də yetirmələrinə penalti vurmağı öyrədə bilməyib. Bakılılar 6-cı oyunda 4-cü dəfə penlati imkanı qazanıb, yenə imkanı boşa verdilər.

Autsayderlər “Rəvan”la “Sumqayıt Şəhər” isə öz aralarında münasibətlərini ayırd ediblər. Qələbə həsrətində olan debütantlar bu dəfə heç qol da vura bilməyiblər.

Günün mərkəzi oyununda isə son çempion “Neftçi” “Qəbələ” ilə üz-üzə gəlib. Son 2 oyundakı məğlubiyyətlərlə böhrana düşən bakılılar ev oyununda rəqibin məğlubiyyətsizlik seriyasını son qoyub. Bakılılar 2 qolla özünə gəlib 5-ci pilləyədək irəliləyib. “Neftçi” öz qələbəsi ilə “Xəzər Lənkəran”ın zirvədəki mövqeyini də möhkəmlədib. Artıq cənublular növbəti turun oyunlarından asılı olmayaraq yenə zirvədə qalacaq.

18 sentyabr (bazar)

"Turan" - "Bakı" - 0:2
QOLLAR: Uinston Parks, 43, Rəhman Hacıyev, 90+3
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Coşqun Həsənov, Hacıəli Ağayev
Tovuz şəhər stadionu

"Rəvan" - "Sumqayıt Şəhər" - 0:0
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Diniyev
"Dalğa Arena" stadionu

"Neftçi" - "Qəbələ" - 2:0
QOLLAR: Rəşad Abdullayev, 64, Araz Abdullayev, 84
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Ramil Əhmədov
Tofiq Bəhramov adına Respublika stadionu

17 sentyabr (şənbə)

"Qarabağ" - "Xəzər Lənkəran"- 0:1
QOL: Adrian Pit, 40
Qırmızı vərəqə: Elnur Allahverdiyev, 63
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Rahil Ramazanov, Rəhim Həsənov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

"Simurq" - "Kəpəz" - 4:2
QOLLAR: Robertas Poşkus, 6; Yevgeni Şmakov, 32; 70; Tofiq Mikayılov, 80 - Yuri Fomenko, 19; Armand Feutchine, 76
Qırmızı vərəqələr: İlkin Qırtımov, 65 (azarkeşləri təhqir etdiyinə görə, aqressiv davranış) // Razvan Tarlea, 45 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə); Ceyhun Sultanov, 74 (qeyri-idman hərəkəti)
Hakimlər: Elçin Məmmədov, Nahid Əliyev, Namiq Hüseynov, İnqilab Məmmədov
Zaqatala şəhər stadionu

AZAL - "İnter" - 1:1
QOLLAR: Georgi Bogihu, 49 // Vladimir Levin, 87
Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, Samir Hacıyev, Vüsal Əliyev
"AZAL" stadionu

1
Xəzər Lənkəran
6
5
1
0
11-3
16
2
Bakı
6
3
2
1
8-5
11
3
Qəbələ
6
3
2
1
6-5
11
4
İnter
6
3
1
2
5-5
10
5
Neftçi
5
3
0
2
8-4
9
6
Kəpəz
6
3
0
3
13-12
9
7
AZAL
6
2
2
2
9-9
8
8
Qarabağ
5
2
1
2
3-3
7
9
Turan
6
2
0
4
6-9
6
10
Simurq
6
1
2
3
5-8
5
11
Rəvan
6
0
3
3
6-9
3
12
Sumqayıt Şəhər
6
0
2
4
2-10
2


Bombardirlər: Sergey Artyux (Turan), Yuri Fomenko (Kəpəz) - 4