Premyer Liqada yeni rekord
18.09.2011 - 09:45
Azərbaycan Premyer Liqasında mövsümün yeni rekordu qeydə alınıb. Apasport.az saytının məlumatına görə, VI turun “Simurq” – “Kəpəz” matçı mövsümün ən məhsuldar oyunu olub. Meydan sahiblərinin 4:2 hesabı ilə qalib gəldiyi görüşdə 6 qol vurulub. Bununla da I turun “Kəpəz” – “Rəvan” və V turun “Bakı” – “Rəvan” matçlarındakı rekord yenilənib. Həmin görüşlərin hər ikisində 5 qol vurulmuş və meydan sahibləri 3:2 hesabına sevinmişdi.
“Simurq” isə mövsümdə 1 oyunda 4 qol vuran 2-ci komanda olub. Bunadək “Neftçi” “Sumqayıt Şəhər”i bu qədər məyus etmişdi – 4:0.
“Simurq” isə mövsümdə 1 oyunda 4 qol vuran 2-ci komanda olub. Bunadək “Neftçi” “Sumqayıt Şəhər”i bu qədər məyus etmişdi – 4:0.
0
0