Vaqif Cavadov Rusiyada ilklərə imza atdı
18.09.2011 - 10:04
Rusiya Premyer Liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun çıxış etdiyi “Volqa” klubu Nalçik “Spartak”ını qəbul edib. Nijni Novqorod təmsilçisi bu matçda 1:0 hesablı qələbə qazanıb.
Bu görüş Vaqif üçün əlamətdar olub. O, karyerasında ilk dəfə Premyer Liqa matçında start heyətdə meydana çıxıb və ilk dəfə 90 dəqiqə oynayıb. Ümumilikdə isə bu, həmyerlimizin “Volqa”da 5-ci oyunu olub.
Qeyd edək ki, 24 oyunda 23 xal toplayan Cavadovun komandası 16 komanda arasında 10-cu pillədədir.

0
0