“Bakı”: Penalti vura bilən futbolçu axtarılır
18.09.2011 - 18:59
2011/12 mövsümünə böyük ümidlər bəsləyən “Bakı” klubu hələ də penalti sindromundan qurtula bilməyib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Aleksandr Starkovun yetirmələri son 2 oyunda qələbəyə sevinsə də problemdən qurtulmayıb.
Mövsümün startından hakimlər ən çox məhz “Bakı”nın xeyrinə penalti təyin ediblər. 6 turda 5 belə imkan qazanan paytaxtın eyniadlı təmsilçisi nə hakimlərdən, nə də bəxtdən gileylənə bilər. Axı kimin bəxtinə bu qədər 11 metrlik zərbə düşür?
Amma nə fayda? “Bakı” cari mövsüm penaltidən qol vurmayıb. Düzdür, 5 zərbədən 1-i istifadə olunmayıb. Bu, III turun “İnter”lə görüşündə yaşanıb. Penalti qərarı dava-dalaşla müşayiət olunduğundan zərbə endirilməyib. Lakin digər 4 zərbə...
“Simurq”la II turun oyununda Denis İvanov, III turun “İnter”lə oyununda Aleksandar Şoliç, IV turun “Kəpəz”lə qarşılaşmasında Nurlan Novruzov 99 faizlik qol imkanı kimi dəyərləndirən şansı qaçırmışdı. Şoliç iddia edə bilər ki, həmin oyun başa çatmadığından bu zərbə statistikada əks olunmur Lakin hər halda xorvatiyalıya bu da haqq qazandırmır.
4 turdan sonra yaranan qısa fasilədə də Starkov yetirmələrinə penalti vurmağı öyrədə bilmədi. VI turun “Turan”la oyununda da Vilson Junior qeyri-dəqiq oldu. Adlar dəyişsə də, fasilə arxada qalsa da, məşqlər keçirilsə də “Bakı”da penalti vuran tapılmır ki, tapılmır. Yəqin klub rəhbərliyi bunu bacaran futbolçu axtarmalıdır. Yoxsa ki, bu gedişlə mövsümün sonunadək bütün komanda üzvlərinin hesabında qaçırılan zərbə olacaq.

0
0