Azərbaycan Premyer Liqasının ən pis oyunu
18.09.2011 - 19:51
Azərbaycan Premyer Liqasının ən pis oyunu
“Bu Azərbaycan Premyer Liqasında bir məşqçi üçün ən pis oyun idi. Oyun ərzində hər iki komandanın çox böyük səhvləri oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt Şəhər” klubunun baş məşqçisi Bernhard Raab deyib.

Almaniyalı mütəxəssis Azərbaycan Premyer Liqasının VI urunda keçirilən “Rəvan”la oyunu çempionatın bərbad matçı sayır: “Ona görə də bu oyun heç-heçə bitdi. Rəqibimiz penaltidən istifadə edə bilmədi, bundan başqa şansları da oldu, lakin heç birindən yararlanmağı bacarmadılar. Bizim də oyunun sonlarında iki dəfə hesabı açmaq üçün şansımız oldu. Komandam, ümumilikdə, bu gün çox pis oyun göstərdi. Müdafiəçilər yaxşı oynasa da, ön xətdə sürət çox zəif idi. Bir neçə dəyişiklik etdim ki, sürəti bir qədər artıraq və beləliklə də hesabı açaq. Amma çox təəssüf ki, qol vura bilmədik”.

Mənbə: pfl.az