Baş məşqçinin təəssüfü
18.09.2011 - 19:58
Baş məşqçinin təəssüfü
“Penalti epizodunu real qol vəziyyəti saymıram. Penaltidən qol vurub rəqibi udacağımızı düşünmək düzgün deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan” klubunun baş məşqçisi Bəhmən Həsənov deyib.

Həsənov Azərbaycan Premyer Liqasının VI turunda baş tutan autsayderləri dueli haqda fikirlərini açıqlayaraq “Sumqayıt şəhər”lə oyunda (0:0) itirilən xallara təəssüflənib: “İlk hissədə qol vəziyyətləri yaratsaq da, dəyərləndirə bilmədik. “Sumqayıt Şəhər” çox təşkilatlanmış bir komandadır - asan rəqib deyil. Rəqibimizdə yorğunluq daha çox hiss olunurdu. Oyunun sonlarında “Sumqayıt Şəhər”in bir neçə qol imkanı oldu. “Sumqayıt Şəhər”in “Qarabağ”la oyununu izləmişdim. Rəqibin oyununu təhlil etmişdik. Bu oyuna yaxşı hazırlaşmışdıq. Çox təəssüf ki, qol imkanlarından faydalana bilmədik. “Sumqayıt Şəhər”ə gələcək oyunlarda uğurlar arzulayıram”.