İngiltərəli mütəxəssis Bakıda fantastik qol gördü
18.09.2011 - 20:10
İngiltərəli mütəxəssis Bakıda fantastik qol gördü
“Məğlub olmağı xoşlamasam da, bugünkü oyundan razı qaldım. Rəşad Abdullayev qapımıza fantastik bir qol vurdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Toni Adams deyib.

İngilis mütəxəssis “Neftçi” ilə oyunda (0:2) vurulan ilk qolun gözəlliyinə məftun olub: “Qoldan sonra hücumlarımızı daha da artırdıq, lakin qapımızda növbəti qolu gördük. “Neftçi” güclü komandadır. Ötən mövsüm bu meydanda “Neftçi” ilə heç-heçə oynamağımıza baxmayaraq, bu gün daha məzmunlu oyun nümayiş etdirdik”.

Mənbə: pfl.az