Böyükağa Hacıyev: Bu gün bəxt də bizim tərəfimizdə idi
18.09.2011 - 20:15
“İki məğlubiyyətdən sonra bu qələbə bizim üçün vacib idi. Oyuna çox ciddi hazırlaşmışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.
O, Azərbaycan Premyer Liqasının VI turunun “Qəbələ” ilə oyunundakı 2:0 hesablı qələbədən razı qaldığını açıqlayıb: “Neftçi” daha yaxşı oyun nümayiş etdirəcək, ancaq bunun üçün zamana ehtiyacımız var. Biz yeni oyunçu transfer etməmişik. Çempion komanda üçün bu, o qədər də önəmli deyil. Bu gün bəxt də bizim tərəfimizdə idi. Komandamın oyunundan razı qaldım. Viktor Mendinin oynamaması “Qəbələ”nin oyununda özünü göstərdi. Hücumda bir qədər dişsiz görünürdülər”.

- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0