“Qəbələ” 30 həftədən sonra məğlub oldu
18.09.2011 - 20:32
“Qəbələ” klubunun Azərbaycan Premyer Liqasındakı məğlubiyyətsizliyinə son qoyulub. Apasport.az saytının məlumatına görə, VI turun “Neftçi” ilə oyununda 0:2 hesabı ilə uduzan Toni Adamsın yetirmələri mövsümdə ilk dəfə məğlub olub.
“Qəbələ” son yenilgisini ötən mövsümün 21-ci turunda almışdı. Bu il fevralın 20-də “Muğan”a məğlub olduqdan sonra heç kim Adamsın yetirmələrini uda bilmirdi. Həmin 0:1 hesablı yenilgidən sonra qəbələlilər 210 gün, yəni 30 həftə idi məğlub olmurdu.
Əyalət təmsilçisi ötən mövsüm final mərhələsinin 10 oyunu da daxil olmaqla, ümumilikdə 11 matç uduzmamışdı. Cari mövsüm daha 5 qarşılaşmada Adamsın yetirmələri xal qazanırdı. 16 matçlıq qələbə seriyası “Neftçi” tərəfindən qırılan “Qəbələ” ötən mövsümün ortasında 12 oyunluq belə seriyaya imza atmışdı.

0
0