Amit Quluzadə əvəzolunmaza çevrilir
18.09.2011 - 21:54
Türkiyə çempionatının Bank Asiya I liqasında II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadənin çıxış etdiyi “Ərciyəsspor” öz meydanımda “Konyaspor”u qəbul edib.
Kayseri təmsilçisi meydan amilindən yararlana bilməyərək 2 xal itirib – 0:0. 18 yaşlı yarımmüdafiəçimiz bu dəfə start heyətində debüt edib. Ötən tur yalnız 74-cü dəqiqədə meydana daxil olan və “Bucaspor”la səfər görüşündə xalın (1:1) qazanılmasında rolu olan Amit ilk dəfə meydana oyunun əvvəlindən çıxıb. 90 dəqiqə əvəzolunmadan mübarizə aparan və sarı vərəqə alan yarımmüdafiəçi bu gedişlə əvəzolunmaza çevrilmək imkanı qazanıb.

0
0