Azərbaycanlı məşqçi Rusiya çempionatında qarşısıalınmazdır
18.09.2011 - 22:03
Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayevin baş məşqçisi olduğu “Daqdizel” klubu Rusiya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Kspiysk təmsilçisi II divizionun Cənub zonasında 20-ci matçına çıxıb.
“Taqanroq”u qəbul edən Ağayevin komandası 2 cavabsız qolla qələbə qazanıb. Mövsümün startında uğursuz çıxış edən kaspiysklilər son oyunlarda qarşısıalınmaza çevrilib. Azərbaycanlı məşqçinin komandası artıq 5 oyundur ki, qol buraxmır və 5 matçlarda 11 xal qazanıb. Ardıcıl 2-ci qələbəsini qazanan “Daqdizel” 6 turdur ki, ümumiyyətlə məğlub olmur.
Qeyd edək ki, hesabında 29 xal olan “Daqdizel” 18 komanda arasında 8-ci yerdə qərarlaşıb.

- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0