Azərbaycanlı futbolçu Türkiyədə ən yaxşılardan biridir
18.09.2011 - 22:10
Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadənin çıxış etdiyi “Ərciyəsspor” klubunun heyətində fərqlənib. Apasport.az saytının məlumatına görə, 18 yaşlı yarımmüdafiəçi Türkiyə çempionatının Bank Asiya I liqasında bu gün baş tutan II turun ən yaxşılarından olub.
Amit komandasının öz meydanımda “Konyaspor”u qəbul etdiyi qarşılaşmada 90 dəqiqə əvəzolunmadan meydanda olub. Onun oyunu Türkiyə mətbuatı tərəfindən yüksək 7 balla qiymətləndirilib.
Bu isə 0:0 hesabı ilə bitən görüşdə Kayseri təmsilçisinin üzvləri üçün ən yaxşı qiymətdir. Buna Amitin komandasında cəmi 4 futbolçu layiq görülüb.

- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0