Rednik legionerləri yola saldı
18.09.2011 - 23:06
Premyer Liqanın lideri “Xəzər Lənkəran” futbolçularını istirahətə buraxıb. Apasport.az saytının məlumatına görə, səfərdə “Qarabağ” üzərində qələbə qazanan cənub klubu növbəti turun hazırlıqlarına bir qədər gec başlayacaq.
Komandanın rəisi Səməd Mustafayev saytımıza açıqlamasında bildirib ki, növbəti məşq çərşənbə axşamına təyin olunub: “Fürsətdən istifadə edən legionerlər öz vətəninə yollanıb. Onlardan Azərbaycanda qalanları da var. Hamı çərşənbə axşamı Lənkəranda baş tutacaq məşqə qatılacaq. Komandanın baş məşqçisi Mirça Rednik isə Azərbaycandadır. O, ölkəmizdə dincəlməyi məqsədəuyğun hesab edib”.
Mustafayev komandada əhval-ruhiyyənin yaxşı olduğunu deyib: “Qələbədən sonra hamı sevinir. İnanırıq ki, bu qələbənin davamını gətirəcəyik. Heyətdə zədəli futbolçunun olmaması yaxşı haldır”.
Qeyd edək ki, 6 oyundan 16 xal toplayan “Xəzər Lənkəran” turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Rednikin komandası ən yaxın izləyicisi “Bakı”nı 5 xal qabaqlayır.

0
0