“Xəzər Lənkəran” Elnur Allahverdiyevi cəzalandıracaq?
18.09.2011 - 23:05
Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın futbolçusu Elnur Allahverdiyev cəzalana bilər. Apasport.az saytının məlumatına görə, “Qarabağ” – “Xəzər Lənkəran” oyununda qırmızı vərəqə alıb meydançadan qovulan futbolçu cənub klubunun rəhbərliyinin səbir kasasını daşdırıb.
Artıq neçə dəfədir ki, belə hərəkətlərə yol verən futbolçunun məsələsi müzakirəyə çıxarılacaq. Baş məşqçi Mirça Rednikin də qatılacağı iclasda Elnur Allahverdiyevə cəza kəsiləcəyi və ya bağışlanacağı barədə qərar çıxarılacaq.
Qeyd edək ki, Elnur Allahverdiyevin AFFA-ın İntizam Komitəsi tərəfindən cəzalandırılacağı dəqiqdir.

- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0