“Dəhşətli yorğunluq hiss edirəm, ayaqlarım getmir” - MÜSAHİBƏ
18.09.2011 - 23:31
“Qarabağ”ın “Xəzər Lənkəran”la matçı hər mənada gərgin keçdi. Hər iki komandanın qələbə qazanmaq istəyi ilk dəqiqələrdən hiss olunurdu və belə vəziyyətdə əsəblərin gərilməsi adi haldır. Elnur Allahverdiyev xüsusən canfəşanlıq göstərirdi və onun Rauf Əliyevə qarşı ilk hissədəki kobudluğu keçmiş yoldaşlarını özündən çıxardı. Bir hərəkətlə onları öz üstünə qaldıran Elnurun Rəşad Sadıqovla baş-başa gəlməsi görülməsi gərəkən məqamıydı. “Qarabağ”ı “XL”ya dəyişmiş müdafiəçi, Sadıqovun sözlü sərt təpkisinə eyni tonda cavab verməsini, deyəsən, o birilər gözləmirdi. Fasilə elan olunarkən, yerdə uzanmış Allahverdiyevə ayaqla yüngülvari toxunan “Qarabağ”ın lideri, baş verənlərdən olduqca qəzəbli görünürdü. Məğlubiyyətdən qaçmaq üçün oyundaşlarını irəli səsləyən Rəşad son dəqiqələrdə Kamran Ağayevlə üz-üzə gəldi.
- Ağdamda “Qəbələ”yə, sonra gözləmədiyimiz halda Sumqayıtda xal itirdik. “Xəzər Lənkəran”la oyunun çox çətin keçəcəyini bilirdik. Ona görə də ciddi hazırlaşmışdıq. Bu oyuna dönüş nöqtəsi kimi baxırdıq. Qalib gəlsəydik, vəziyyətimizi yaxşılaşdıra bilərdik. Amma olmadı. Hər şey əksinə baş verdi.
- Artıq 3 turdur qələbə qazana bilmirsiz...
- Bütün oyunları bir yerə yığsaq, xeyli sayda qol vəziyyəti yaratmışıq. Amma vura bilməmişik. Nədənsə top qapıya getmir. Elə bu oyunda da nə qədər qol vurmaq imkanımız oldu. «Xəzər» bizə tərəf bir zərbə vurdu, top qapının “doqquzluğ”una getdi. Futbolda belə şeylər olur. Nə qədər çalışdıq və hücumlar etdik, top qapıdan keçmədi ki, keçmədi!
- “Xəzər Lənkəran”a qalib gəlməməyi yalnız bununla əlaqələndirirsiniz?
- Yorğunluq hardasa hiss olunur. Digər komandaları götürsək, biz istirahət etmədən avrokuboklara hazırlaşdıq. Ondan sonra millidə təlim-məşq toplanışında olduq, iki oyuna çıxdıq. Bu yorğunluq da get-gedə özünü göstərir. Bizdə belə eniş həmişə çempionatın əvvəlində olur. Psixoloji gərginlik də var indi. Qol vura bilməyəndə oyunumuz pozulur və komanda ruhdan düşür. “Sumqayıt”la oyunda 10 qol vəziyyəti yaratdıq, top qapıdan keçmədi. “Xəzər”ə də dörd qol vurmaq imkanımız varıydı. Top dirəkdən qayıdır. Bir epizodda Adamiya qapıya zərbə vurmaq istəyir, top ayağından çıxır. Nə deyim axı? Özünüz görürsüz ki, vəziyyətdən çıxmağa çalışırıq.
- Bir qədər əsəbi idiz. Əvvəl Elnur Allahverdiyev, sonra Kamran Ağayevlə mübahisə etdiniz…
- Elnur sərt oynayırdı. Ona dedim ki, ehtiyatlı oyna. Mən də müdafiəçiyəm, belə sərtlik lazım deyil axı. Raufa qarşı sərt oynadı, onda artıq əsəbləşdim. Orda hakim sarı vərəqə göstərdi, yenə də sakit dayanmadı və “qırmızı” aldı. Biz cərimə zərbəsi vurmağa hazırlaşırıq, o isə hakimlə mübahisə edir. Kamran Ağayev isə vaxtı uzadanda yaxınlaşıb, sözümü ona dedim. “Sumqayıt”la oyunda da əsəbi idim, özümü güclə saxladım. Dəhşətli yorğunluq hiss edirəm. Artıq ayaqlarım getmir. Bütün bunlar istər-istəməz oyunuma da təsir edir. Qol vurmayanda isə pis əsəbləşirəm.
- Çıxış yolunu nədə görürsən?
- Tezliklə toparlanıb, uğursuzluqdan çıxmalıyıq. İndi hər itirilən xal ziyanımıza işləyir. İlk növbədə çalışmalıyıq ki, vəziyyətləri boşa verməyək, qol vuraq. Bu problemi aradan götürsək, onda gərginlik də getdikcə azalacaq. Əsas qol vurub, qələbə qazanmaqdır, ondan sonra hər şey yoluna düşəcək.
- Sizə elə gəlmirki, komandada “vuran ayaq” çatışmır.
- Bəzən elə vəziyyətlərdə qol vururuq ki, heç ağlımıza da gəlmir. Amma elə vəziyyətlərdən qol vura bilmirik ki, onda pis oluram. Top qapıya getməyəndə isə heç nə edə bilmirsən. Bizdə qol vuran oyunçular var. Avrokuboklarda komandanın qollarını onlar vururdu da. İndi bir az şanssızlıqdır. Yaxşı oyun və qol vurmaq bacarığını göstərmək üçün meydança də böyük rol oynayır. Suraxanıda ot örtüyü yaxşı oyun göstərməyə imkan vermir. «Qarabağ» top saxlamağı xoşlayır və daha çox ötürmələr edir. Belə kələ-kötür meydanda topu bir deyil, iki-üç toxunuşla saxlamaq olur. Təkcə «Qarabağ» deyil, bütün klublar əvvəl meydanları düzəltməli, sonra futbolçulardan oyun tələb etməlidir. Futbolumuzun inkişaf etməsini istəyiriksə, stadiondan başlamalıyıq işə. Bizim məqsədimiz tilsimi qırıb, uğurlu çıxışa başlamaqdır.
- Bu uğursuzluqdan sonra rəhbərliyin sizə sözü nə oldu?
- Rəhbərlik bizə təskinlik verdi. Onlar hər zaman olduğu kimi, yenə də bizim yanımızdadırlar. Bu uğursuzluqdan çıxmaq üçün arxamızda olacaqlarını dedilər. Onların etimadını doğrultmaq üçün hamımız səfərbər olub, qarşıdakı oyunlarda uğursuzluğa son qoyacağıq.
“Sport Favorit” qəzeti

0
0