Premyer Liqada yeni rekord
19.09.2011 - 11:02
Premyer Liqada yeni rekord
“Mançester Yunayted”in futbolçusu Ueyn Runi Premyer Liqa tarixinin rekordunu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, hücumçu çempionatın 5-ci turunda da fərqlənməklə, 2 nailiyyətə imza atıb.

Runi mövsümün startındakı ilk 5 oyunu qol vurmadan tərk etməyən 2-ci futbolçu olub. O, “Arsenal”ın sabiq futbolçusu Xose Antonio Reyesin 2004/05 mövsümündə qeydə alınan rekordunu təkrarlayıb və növbəti matçda onu arxada qoymaq imkanına malikdir.

Bu 5 qarşılaşmada 9 qol vuran Ueyn startdakı ən yüksək məhsuldarlığa imza atıb. Cari mövsümədək heç kim ilk 5 matçda 6-dan artıq ol vurmurdu. İndi isə Runi ilə yanaşı, “Mançester Siti”də çıxış edən Serxio Aquero da daha çox (8) dəfə fərqlənib.