Rauf Əliyev Avstriya və Türkiyəyə qarşı oynamayacaq
19.09.2011 - 11:36
Azərbaycan yığmasının futbolçusu Rauf Əliyev Avro-2012-nin seçmə mərhələsinin oktyabrda keçiriləcək oyunlarında iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, millimizin son 2 oyununu qolsuz tərk etməyən futbolçu gələn ayın 7-də Avstriya, 11-də isə Türkiyə ilə qarşılaşmaları buraxmaq məcburiyyətində qalıb. Buna Raufun Azərbaycan Premyer Liqasının VI turunun “Qarabağ” – “Xəzər Lənkəran” oyununda aldığı zədə səbəb olub.
Futbolçunun şərəfini qoruduğu Ağdam təmsilçisinin rəsmi internet saytı zədələnən futbolçunun müayinəsinin nəticələrini açıqlayıb. Belə ki, Əliyev aldığı zədə səbəbindən ən azı 6 həftə meydana çıxa bilməyəcək. Görüşün 43-cü dəqiqəsində rəqib düşərgədən Elnur Allahverdiyevin zərbəsinə düçar olan Raufun diz qapağında qismən qopma meydana gəlib. Bu səbəbdən 22 yaşlı hücumçu noyabrda komandasına kömək edə biləcək. Həmin vaxtadək isə avro-2012-nin seçmə mərhələsi başa çatacaq.

- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0