“Zalsburq”un futbolçusu: Mən Bakıda oynamaq istəyirəm
19.09.2011 - 13:10
“Zalsburq”un futbolçusu: Mən Bakıda oynamaq istəyirəm
“Son vaxtlar effektli oynamadığım üçün kifayət qədər tənqid olunuram. Baş məşqçimiz də hər gün mənə irad bildirir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriya milli komandasının futbolçusu Kristof Laytqeb deyib.

26 yaşlı hücuma meylli yarımmüdafiəçi yığmadakı baş məşqçi dəyişikliyindən sonra komandada yerini itirmək təhlükəsi ilə üz-üzə qalıb. Çoxlarının Ditmar Konstantininin kadrı kimi tanıdığı “Zalsburq”un üzvü millinin oktyabrda Azərbaycan və Qazaxıstanla qarşılaşmalarına da çağırılacağını gözləyir: “Lakin tənqidlərdən nəticə çıxarıb məşqlərdən sonra da qalıb əlavə hazırlıq keçirəm. Belə olan halda, niyə də qarşıdakı 2 oyunda oynamayım? Mən Bakıda Azərbaycan və Astanada Qazaxıstanla matçlarda oynamaq istəyirəm. Bu matçlardan sonra baş məşqçi kimi işə başlayacaq Franko Fodanı da posta layiq sayıram. Onun da məni çağırıb-çağırmayacağını zaman göstərəcək”.

Qeyd edək ki, Avstriya yığması millimizlə oktyabrın 7-də Bakıda, 4 gün sonra isə Qazaxıstanla Astanada qarşılaşacaq.