Azərbaycanlı məşqçi: Bizi Əhməd xilas etdi
19.09.2011 - 14:55
“Rəqibimiz bizimlə oyunda bütün qüvvəsini öz qapısının ağzında səfərbər edib, əsasən müdafiədən oynayırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayev deyib.
Rusiya çempionatının II divizionunun cənub zonasında çıxış edən “Daqdizel” klubunun baş məşqçisi olan həmyerlimiz “Taqanroq”la oyun haqda fikirlərini açıqlayıb: “Buna baxmayaraq, biz ən azı ilk yarıda 3 qol vura bilərdik. Fasilədən sonra isə hücumlarımızın kəsərini daha da artırdıq. Rəqibimizin isə 1, amma çox təhlükəli imkanı oldu. Həmin vaxt bizi Əhməd Xaybullayev xilas etdi. Deməzdim ki, səviyyə fərqinə görə qalib gəldik. Sadəcə, biz daha inadkar idik ki, bu da həlledici oldu. Çox vacib qələbə qazandıq. Sevinirəm ki, matçın sonunda rəqibi sıxıb təzyiq altında saxladıq”.
Qeyd edək ki, Ağayevin yetirmələri 2:0 hesabı ilə qalib gələrək məğlubiyyətsiz oyunlar sayını 6-ya çatdırıb.

0
0