Ayın futbolçusu sabah mükafatlandırılacaq
19.09.2011 - 16:28
Azərbaycan Premyer Liqasında 2011/2012-ci il mövsümündə avqust ayının ən yaxşı oyunçusunun seçilməsi ilə bağlı sorğu başa çatıb. Apasport.az saytının məlumatına görə, çempionatın təşkilatçısı - Peşəkar Futbol Liqası və sponsorunun klubların baş məşqçiləri və kapitanları, həmçinin idman jurnalistləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən ayın ən yaxşısını müəyyənləşdirib.
Qalibin adı sabah keçiriləcək mükafatlandırma mərasimində açıqlanacaq. Tədbir sentyabrın 20-də "UniPlaza"da təşkil olunacaq. Saat 16:00-da başlayacaq tədbirə bütün KİV nümayəndələri dəvətlidir.
Qeyd edək ki, səsvermədə iştirak edən apasport.az saytı “Kəpəz”in yarımmüdafiəçisi Ceyhun Sultanovu avqustun ən yaxşı futbolçusu seçib.

0
0