Toni Adamsı “Arsenal”a tələb edirlər
19.09.2011 - 17:49
Toni Adamsı “Arsenal”a tələb edirlər
İngiltərənin “Arsenal” klubunun futbolçuları baş məşqçi Arsen Venger və rəhbərliyə müraciət ediblər. Apasport.az saytının məlumatına görə, London təmsilçisinin ilk 5 oyunda 14 qol buraxaraq, son 58 ildə ən pis nəticəsini göstərməsi bütün komandanı narahat edir. Bu üzdən də futbolçular müdafiəçilərlə işləməyi bacaran xüsusi məşqçinin olmasını tələb edirlər.

Vaxtilə adlı-sanlı arxa xətt oyunçuları ilə öyünən “Arsenal”ın həmin simalardan birini bu sahə üzrə mütəxəssis kimi dəvət etməsi məqsədəuyğun sayılır. Stiv Bould, Martin Keoun kimi ulduzların olduğu bu siyahıya “Qəbələ”nin hazırkı baş məşqçisi Toni Adams başçılıq edir.

Lakin onun azərbaycandakı işini yarımçıq qoyacağına inanmayan ingilislərin özləri də artıq Keoun variantını daha gözlənilən sayır. Lakin bu 3 namizədlə yanaşı Li Dikson, Naycel Uinterborn və İqor Stepanovla da işləməyin mümkünlüyü istisna olunmur.