“Mən o yaşda deyildim ki, Azərbaycana uyğunlaşım”
20.09.2011 - 09:17
“Karyeramın sonunda Azərbaycana yollanmağımın səbəbi o idi ki, hələ də futbol oynamq istəyirdim. Özümdə oynamağa qüvvə hiss edirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın “Dinamo” (Kiyev) klubu və Belarus milli komandasının əfsanələrindən sayılan Valentin Belkeviç deyib.
Postsovet məkanının ən məşhur futbolçularından biri sayılan yarımmüdafiəçi karyerasının sonlarında Azərbaycanda, Bakının “İnter” klubunda oynamasından danışıb: “Azərbaycanda uzun müddət oynaya bilməməyimin səbəbi o idi ki, hara getdiyimi bilmirdim. Azərbaycan spesifik ölkədir. Bunu cüzi də olsa mənfi mənada işlətmirəm. Ora hər adam öyrəşə bilmir. Orada islam dini hökm sürür, özünəxas adət ənənələri, dəbləri var. Lakin mən artıq o yaşda deyildim ki, bütün bunlara uyğunlaşım”.
Qeyd edək ki, Belkeviç “İnter”də 2008/09 mövsümündə çıxış edib. O, karyerasını 5 oyun keçirdiyi paytaxt təmsilçisində bitirib.

- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0