Dünyanın ən yaxşı məşqçisi mükafatı hərraca çıxarıldı
20.09.2011 - 10:41
Madrid “Real”ının çalışdırıcısı Joze Mourinyo 2010-cu ildə dünyanın ən yaxşı məşqçisi kimi aldığı mükafatla vidalaşır. Apasport.az saytının məlumatına görə, planetin ən yaxşı klub məşqçisi mükafatını xeyriyyə hərracına qoyub.
Gələn ay internet vasitəsilə gerçəkləşəcək və Saffolkdakı təntənəli şam yeməyi ilə başa çatacaq hərracdan gələn gəlir Bobbi Robson fonduna veriləcək. Bu fond isə xərçəng xəstəliyi ilə mübarizə aparan insanlara yardımla məşğuldur. Robsonlar ailəsi portuqaliyalının qərarını yüksək qiymətləndirib.
Qeyd edək ki, Mourinyo ilə yanaşı, digər futbol əfsanələri, hətta Pele və Aleks Ferqyuson da hərraca qatılacaq.

0
0