“Xəzər Lənkəran” üçün 450 arxada qaldı, növbə 500-dür!
20.09.2011 - 10:50
Adrian Pit “Xəzər Lənkəran”ın tarixinə düşüb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, rumıniyalı legioner adını 7 yaşlı komandanın tarixinə 450-ci - yubiley qolun müəllifi kimi yazdırıb.
Adrian Premyer Liqanın VI turunun “Qarabağ”la qarşılaşmasında yeganə qolun müəllifi olmaqla, həm lənkəranlılara 3 xal qazandırıb, həm də yubileyin səbəbkarı olub.
“Xəzər Lənkəran” bu 450 qoldan 325-ni çempionatda, 105-ni kubokda, 7-ni avrokuboklarda, 13-nü Birlik kubokunda vurub. 450 qol üçün komanda 272 oyun kifayət edib.

- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0