Ceyhun Sultanov: Futbolçu üçün stimul olmalıdır
20.09.2011 - 12:13
Ceyhun Sultanov: Futbolçu üçün stimul olmalıdır
“Avqust mənim üçün yaxşı keçdi. Təəssüf ki, bu sözləri sentyabra aid etmək olmaz. Çünki məğlubiyyətlərimiz oldu. Bunu düzəltməliyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz” klubunun yarımmüdafiəçisi Ceyhun Sultanov deyib.

Unibank və PFL-in birgə keçirdiyi sorğunun yekunlarına əsasən avqust ayının ən yaxşı futbolçusu seçilən Sultanov əslində bunu gözləyirmiş. O, futbolçu üçün stimulun olmasının vacibliyini vurğulayıb: “Futbolçuya mübarizə aparmaq üçün stimul lazımdır. Bu da bizim üçün bir növ stimuldur”.

Təcrübəli futbolçu komandasının qələbə qazanması üçün bacardığı qədər çalışacağını da qeyd edib: “Son turda məğlub olduq. Bacardığımız qədər çalışacağıq ki, komanda uğurlu çıxış etsin”.