AFFA Premyer Liqada hakim səhvini üzə çıxardı
20.09.2011 - 12:21
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda Premyer Liqa matçlarında yaşanan xoşagəlməz hadisələrə hüquqi qiymət verilib.
“Simurq”la matçın 45-ci dəqiqəsində Razvan Tarlea (“Kəpəz”) kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 matçlıq cəzalanıb, klubu isə 200 manat cərimə olunub. 74-cü dəqiqədə 2-ci sarı vərəqə alan Ceyhun Sultanovun da cəzası eyni olub. 65-ci dəqiqədə “Simurq”un üzvü İlkin Qırtımov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün daha ağır cəza alıb: 2 oyun və 2000 manat. Qarşılaşmanın 65-ci və 73-cü dəqiqəsində “Simurq”un azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat ziyana düşüb.
“Neftçi” – “Qəbələ” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Qarabağ” – “Xəzər Lənkəran” matçının 63-cü dəqiqəsində kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan Elnur Allahverdiyev 1 oyunluq cəzalanıb və qonaq komandanı 200 manat ziyana salıb. “Turan” – “Bakı” görüşündə qonaq klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimələnib. Oyunun 45-ci dəqiqəsində “Turan” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün tovuzlular əlavə 2000 manat ödəyəcəklər.
İntizam Komitəsi meydan sahiblərinin 15-ci dəqiqədə Məhərrəm Müslümzadənin əllə oyuna, 45-ci dəqiqədə isə Ramal Hüseynovun hakimə etiraz etdiyinə görə sarı vərəqə ilə cəzalandırıldığı və göstərilən cəzaların əsasız olması ilə bağlı müraciətinə də baxıb. Sonda Müslümzadəyə göstərilən sarı vərəqə ləğv olunub.

0
0