“Neftçi” Cavid Hüseynovu bağışladı
20.09.2011 - 13:05
“Neftçi” Cavid Hüseynovu bağışladı
“Artıq cəzam ləğv edilib və əsas komandaya qaytarılmışam. Bir az əvvəl səhər məşqində iştirak etdim”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Cavid Hüseynov deyib.

Bir müddət əvvəl klubun daxili nizam-intizam qaydalarını pozduğu üçün baş məşqçi Böyükağa Hacıyev tərəfindən əvəzedici komandaya göndərilən futbolçu artıq bağışlanıb. O, artıq əsas komandaya qaytarıldığını bildirib.

“Xəzər Lənkəran”la oyun zamanı səhvə yol verdiyini və buna uyğun cəzalandırıldığını söyləyən Hüseynov ətraflı danışmağa lüzum görməyib: “Əvəzedicilərin çempionatında oynamaq çətin olmadı. Səhvim var idi və cəzamı aldım. İndi əsas komandadayam. Olanlar haqda geniş danışmaq istəmirəm”.