Qurbanovun çətin dövrü arxada qaldı
20.09.2011 - 14:07
“Çox çətin dövrü arxada qoyduğuma inanıram. Artıq komanda ilə birlikdə məşqlərə başlamışam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt Şəhər”in mövsümlərarası fasilədə “Neftçi”dən icarəyə götürdüyü futbolçusu Ruslan Qurbanov deyib.
Milliləşən rusiyalı legioner zədəsini sağaldaraq komanda ilə məşqlərə başlayıb. 20 yaşlı hücumçu klubun rəsmi saytına açıqlamasında artıq növbəti turda meydana çıxmaq istədiyini bildirib: “Futbolçu üçün ən çətin an onun futboldan uzaq qalmasıdır. Tez bir zamanda forma yığıb komandama kömək etmək istəyirəm. Növbəti turda “Simurq”la qarşılaşmaya qədər hazır olacağıma inanıram”.
Qeyd edək ki, Ruslan Qurbanov 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvüdür.

0
0