Ceyhun Sultanov: “Kəpəz”dən gedə bilərəm
20.09.2011 - 16:32
Ceyhun Sultanov: “Kəpəz”dən gedə bilərəm
“Mənə göstərilən etimada görə, hamıya təşəkkür edirəm. İnşallah, növbəti aylarda da belə nominasiyalarda qalib olmağa çalışacağam”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz”in təcrübəli oyunçusu Ceyhun Sultanov deyib.

Premyer Liqada avqust ayının ən yaxşı oyunçusu seçilən Ceyhun “Kəpəz”dən ayrılmasını istisna hal saymayıb: “Dəvət olarsa, fikirləşmək olar. Amma indi hər hansı bir klubdan dəvət almağım müzakirə mövzusu deyil. Mən özümü burada yaxşı hiss edirəm. “Xəzər Lənkəran”da itirdiklərimi “Kəpəz”də əldə etmişəm”.

Sultanov bildirib ki, işlər belə davam etsə, karyerasını “Kəpəz”də də bitirə bilər: “Futbolda hər şey ola bilər. İşlər yolunda getsə, futbolla elə Gəncədə vidalaşa bilərəm”.

Qeyd edək ki, 32 yaşlı futbolçu “Kəpəz” klubunun kapitanıdır.