Samir Abasov: Bizi fitə basacaqlar
20.09.2011 - 17:15
“Sumqayıt Şəhər” klubunun müdafiəçisi Samir Abasovun apasport.az saytına müsahibəsi
- Arxada qalan 6 tur haqda nə deyə bilərsiniz?
- Aydın məsələdir ki, hər komandanın öz məqsədi var. Arxada qalan 6 turda yaxşı oynayacağımızı gözləyirdilər. Get-gedə düzələcək. Başa düşənlər bilirlər ki, bizə vaxt lazımdır. Bunu dərk etməyənlər isə bizi fitə basacaqlar. 6 oyuna 2 xal toplamaq yaxşı nəticə deyil. Sumqayıtdan hər zaman yaxşı futbolçular çıxıb. Bu baxımdan vəziyyət heç də ürəkaçan deyil. Amma indi vəziyyət fərqlidir. Rəhbərlik 1-2 il sonranı düşünmür. Strategiya dəyişib. Bir ilin komandasından indi nə gözləmək olar? Heç Avropa Liqasında da bir il ərzində heyətini gücləndirib oynayan komandalar nəticə qazana bilmirlər. Ona görə də “Qarabağ”, “Sumqayıt Şəhər” kimi komandaların sayı çox olsa yaxşıdır.
- Hiss olunur ki, komandanız meydana çıxanda müdafiəyə daha çox diqqət yetirir. Sanki qol buraxmaqdan qorxursunuz...
- Elə deyil. Bu, təcrübəsizlikdən irəli gələn məqamdır. Bəli, müdafiədən oynayırıq. Çünki uduzmaq istəmirik. Buna görə də gənc oyunçularımız top buraxmamağı, müdafiənin etibarlılığını düşünürlər. Fikrimi qol buraxmamaqdır. Əvəzində yaratdığımız qol şanslarından da istifadə edə bilmirik. Hər oyunda əldə etdiyimiz şanslardan yararlansaydıq, fərqli olardı. Rəqibin təcrübəli olması bizi bu cür oynamağa vadar edir. Yəni, baş məşqçi müdafiədən oynamağımızı tapşırmır. Bu sırf təcrübəsizlikdən, qol buraxmaq qorxusundan yaranır.
- Zaman keçdikcə komandanın oyununda irəliləyiş hiss edirsinizmi?
- Bəxt də yaxşı şeydir. Püşk bizi ən güclü rəqiblərlə qarşılaşmağa vadar etdi. Bundan sonra nisbətən zəif komandalarla qarşılaşacağıq. Bu zəif sözünü başqa cür yozmayın. Yəni, əvvəlkilərə nisbətən deyirəm. “Rəvan” və “İnter”lə oyunlar da göstərdi ki, uşaqlarda tədricən özünəinam yaranır. Tədricən biz də rahat oynayacağıq. Futbolçu üçün təcrübə vacibdir. Elə olub ki, 1 il zədəli olmuşam, meydana döndükdə nə edəcəyimi bilməmişəm. Bizim komandanın üzvləri də tədricən təcrübə toplayırlar.
- Komanda yoldaşlarınızın tez-tez müxtəlif yığmalara yollanması oyununuza necə təsir edir?
- Bunu əvvəlcədən bilirdik. “Qarabağ”da oynayanda da birdən 8-9 futbolçu yığmaya yollanırdı. Futbolçu millidə oynamaq üçün mübarizə aparır. Premyer Liqada oynamaları onlara təcrübələrini artırmaq baxımından xeyli kömək edəcək.
- “Sumqayıt Şəhər”i əksər rəqiblər autsayder kimi qəbul edirlər. Bu hardasa işinizə yarayırmı?
- Onlar bəzən meydana arxayın çıxırlar. Müqavimətimizlə üzləşdikdə isə əvvəlki gücü toplamaq çətin olur. Təki onlar elə yanaşıb meydana rahat çıxsınlar, biz də öz işimizi görək.
- Hansı xəttin güclənməsinə ehtiyac var?
- Əsas problem hücumdur. Bizə yaxşı, qol vuran hücumçu lazımdır. Bu oyunlarda belə futbolçunun olmamasının əziyyətini çəkirik. “Vuran ayaq” olsaydı, son iki oyunda fərqli nəticə qazanardıq.
- Digər komandaların oyunu haqda nə düşünürsən?
- Arxada qalan 6 tur ərzində xoşagələn oyun izləməmişəm. “Xəzər lənkəran” demək olar, eyni heyətlə oynadığı üçün nəticə qazanır. Ancaq hansısa gərgin, maraqlı, sürətli matçın şahidi olmamışıq.
- Çempionluq yolunda kimi şanslı sayırsan?
- Bunu deyə bilmərəm. Çünki hələ ürəkaçan oyun izləməmişik. İlk “dördlük”dəki komandalar eyni gücdədirlər. Hansı büdrəsə, işi çətin olacaq.

0
0