Bəhruz Şirəliyev: Həm yerli, həm də əcnəbi məşqçi gətirə bilərik
20.09.2011 - 17:01
Bəhruz Şirəliyev: Həm yerli, həm də əcnəbi məşqçi gətirə bilərik
“Bəhmən Həsənovun istefası komandanın uğursuz nəticələri ilə bağlıdır. Bu səbəbdən də onunla vidalaşdıq. Bundan sonra Həsənov klubumuzun uşaq yaş qrupları üzrə komandalarının rəhbəri vəzifəsində çalışacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Rəvan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.

Klub rəsmisi baş məşqçi postuna təyin olunan Vladislav Qədirovun da bu vəzifədə uzun müddət qalmayacağını istisna etmir: “Komandanı müvəqqəti Vladislav Qədirova tapşırmışıq. Baş məşqçi məsələsinə qarşıdakı oyunlardan sonra aydınlıq gələcək. Axtarışlara başlamışıq. Komandaya həm yerli, həm də əcnəbi məşqçinin gətirilməsi mümkündür. Lakin Qədirovun postunda qalacağı da istisna deyil. Təbii ki, bu nəticələrdən asılı olacaq”.