Yığmamızın oyunları canlı yayımda
21.09.2011 - 09:29
Azərbaycan milli komandasının (U-21) 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi növbəti 2 oyun canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, oktyabrın 6-da Norveç və oktyabrın 10-da Belçika ilə ev oyunları televiziya vasitəsilə nümayiş olunacaq. Hər 2 görüş “İdman Azərbaycan” kanalında canlı yayımlanacaq. “Dalğa Arena”da keçiriləcək hər iki qarşılaşma saat 18:00-da başlayacaq.
Qeyd edək ki, yığmamız ilk 2 oyununu səfərdə keçirərək İngiltərəyə 0:6, Belçikaya 1:4 hesabı ilə uduzub.
Mənbə: affa.az
Qeyd edək ki, yığmamız ilk 2 oyununu səfərdə keçirərək İngiltərəyə 0:6, Belçikaya 1:4 hesabı ilə uduzub.
Mənbə: affa.az
0
0