“Məqsədimiz Bakıda qələbə qazanmaqdır”
21.09.2011 - 10:27
“Bakıda keçirəcəyimiz seçmə oyunlar çox çətin olacaq. Lakin məqsədimiz orada keçirəcəyimiz hər 3 qarşılaşmada qalib gəlməkdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri qızlardan ibarət İspaniya milli komandasının (U-17) futbolçusu Paula Gerrero Sans deyib.
“Levante” klubunun yarımmüdafiəçisi Avro-2012-nin seçmə mərhələsinin Bakıda keçiriləcək mini turniri haqqında fikirlərini açıqlayıb: “Biz mərhələ keçmək və mübarizə aparmaq üçün Bakıya gedəcəyik. Düşünürəm ki, indiki yığma son 2 ildə qazandığımız Avropa çempionu titulunu qorumaq iqtidarındadır. Bütün ölkəmizi təmsil etməyimiz futbolçuların məsuliyyətini artırır. Oyunçular U-16-da birlikdə çıxış etdiyindən bir-birini yaxşı tanıyır. Son qitə çempionlarının əksəriyyəti artıq U-19-da oynayır. Lakin qalanlar bizə əlavə güc verir. Biz nə istədyimizi çox yaxşı bilirik və bu, bizim istəyimizə nail olmağımıza kömək etməlidir”.”

0
0