Azərbaycan çempionu rəsmən İspaniya “Real”ında!
21.09.2011 - 13:26
Azərbaycan çempionu rəsmən İspaniya “Real”ında!
Naxçıvanın “Araz” futzal klubunun sabiq oyunçusu Bartolo özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, tam adı Rinaldo Alveş de Paiva olan 30 yaşlı futzalçı planetin ən güclü çempionatı sayılan İspaniya Primerasında çıxış edəcək.

Braziliyalı futbolçu bu “Real Kartagena” klubuna transfer olunub. Keçidi rəsmiləşən futbolçu artıq növbəti turda yeni klubunda debüt edə bilər. Bunun son 3 ildə 2 dəfə ölkə çempionu olan “El Pozo Mursiya” ilə görüşdə baş tutacağı gözlənilir.