Türkiyəli futbolçu millimizlə oyunu gözləyir
21.09.2011 - 14:07
Türkiyəli futbolçu millimizlə oyunu gözləyir
“Pley-off matçlarına vəsiqə qazanmaq öz əlimizdədir. Bunun üçün bizi qarşıda 2 ciddi oyun gözləyir”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyə milli komandasının futbolçusu Tunay Torun deyib.

Avro-2012-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan “ay-ulduzlular”ın 21 yaşlı hücumçusu bildirib ki, millimizlə Almaniya yığmasını məğlub etməkdə çətinlik çəkməyəcəklər: “Azərbaycan və Almaniya ilə oyunları gözləyirik. Onları məğlub edərək, pley-offa yüksələcəyik. Finallara qatılacağımıza inanıram. Bunun üçün mən də həmin heyətdə yer almaq istəyirəm”.

Qeyd edək ki, Torun ilk dəfə Türkiyənin U-15 yığmasına dəvət alıb. Bundan sonra bütün yaş qruplarında “ay-ulduzlu” formanı geyinib. Klub karyerası isə Almaniya ilə bağlı olan forvard hazırda “Herta”da çıxış edir.