Vladislav Qədirov: “Rəvan”ı bu dərədən çıxarmaq lazımdır
21.09.2011 - 14:31
“Artıq rəhbərliklə görüşüb, bütün məsələlərdə razılıq əldə etmişik. Komanda ilə tanış olmuşam, hər şey qaydasındadır”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Rəvan” klubunun yeni baş məşqçisi Vladislav Qədirov deyib.
Gənc mütəxəssis komandanın vitse-prezidenti Bəhruz Şirəliyevin “həm yerli, həm də xarici mütəxəssislərlə danışıqlar aparırıq” açıqlamasını təəccüblə qarşılayıb: “Yox, mən bu komandanın baş məşqçisi postuna müvəqqəti gəlməmişəm. Komanda ilə mövsümün sonuna qədər müqavilə imzalamışam. Məncə, komandaya yeni baş məşqçi axtarılmır. Biz yeni məqsədlər uğrunda mübarizə aparacağıq. Komandada yaxşı futbolçular var. Sadəcə, onlarda məğlubiyyətlərin gətirdiyi psixoloji gərginliyi aradan qaldırmaq lazımdır. Bu işlə birbaşa özüm məşğul olacağam, hələ köməkçilərim bəlli deyil”.
İndiyə qədər “Rəvan”da idman-direktoru postunda çalışan Vladislav Qədirov baş məşqçi kimi planlarını açıqlayıb. O, inqilab etmək fikrində olmadığını söyləyib:
“Mənim heyətdə hər hansı bir inqilabi dəyişikliklərə əl atmaq fikrim yoxdur. Çünki “transfer pəncərəsi” bağlanıb. Vaxtilə birinci divizionda rəhbərliyim altında oynamış bəzi futbolçuları qışda geri qaytaracağam. Hazırkı məqsəd oyunları yaxşı nəticə ilə tamamlamaqdır. “Rəvan”ı bu dərədən çıxarmaq lazımdır”.
Qeyd edək ki, Vladislav Qədirov debütant klubun baş məşqçisi postunda Bəhmən Həsənovu əvəzləyib.

0
0