Çempionat oyununda 41 min qadın və uşaq
21.09.2011 - 15:12
Türkiyə çempionatında keçirilən “Fənərbaxça” – “Manisaspor” qarşılaşmasında qeyri-adi hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, 1:1 hesabı ilə başa çatan oyunu yalnız qadınlar və 12 yaşadək uşaqlar izləyib. Stadiona isə nə az, nə çox – 41 min tamaşaçı gəlib.
Kişilərin arenaya buraxılmasına isə Türkiyə Futbol Federasiyasının cəzası mane olub. Belə ki, Ukrayna “Şaxtyor”u ilə yoldaşlıq oyunundakı dava-dalaşdan sonra İstanbul təmsilçisinə cəza verilmişdi. Əvvəl 2 oyunun azarkeşsiz keçirilməsinə qərar verilsə də, sonradan qadın və uşaqlara güzəşt olunub.

0
0