Rəşad Abdullayev: “Bakı” ilə oyunda 3 xal qazanmaq çox vacibdir
22.09.2011 - 14:28
Rəşad Abdullayev: “Bakı” ilə oyunda 3 xal qazanmaq çox vacibdir
“Qəbələ” ilə oyunda layiqli qələbə qazandıq. Artıq bütün fikirlərimizi “Bakı” ilə görüşə cəmləmişik”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayev deyib.

Təcrübəli futbolçu “Bakı” ilə oyun ərəfəsində fikirlərini bildirib. O, paytaxt təmsilçisi ilə qarşılaşmada qələbənin vacibliyindən danışıb: “Bu matç komandaların turnir cədvəlindəki mövqeləri baxımından da əhəmiyyətlidir. Həm də bu, paytaxt derbisi sayılır. “Bakı” ilə qarşılaşmada 3 xal əldə etmək çox vacibdir. Çalışıb qələbə qazanacağıq ki, azarkeşlərin qarşısında özümüzü doğruldaq”.

Qeyd edək ki, “Neftçi” – “Bakı” görüşü sabah keçiriləcək.