Rauf Əliyev Türkiyəyə gedir
22.09.2011 - 14:53
Rauf Əliyev Türkiyəyə gedir
Azərbaycan yığmasının və “Qarabağ”ın futbolçusu Rauf Əliyev Türkiyəyə yollanır. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın ötən turunun “Xəzər Lənkəran”la oyununda zədələnən hücumçu qonşu ölkədə müayinə olunacaq.

Diz qapağından aldığı zədə üzündən ən azı 1 ay yaşıl sahələrdən uzaq qalacaq 22 yaşlı futbolçu müayinə olunmaq üçün bu gün axşam İstanbula çatacaq. Türkiyədə ən az 3 gün qalacaq Rauf həkimlər tərəfindən müayinə olunduqdan sonra durumuna tam aydınlıq gələcək. Raufun Türkiyədə ölkədə daha uzun müddət qalacağı istisna olunmur.