Hollandiyalı məşqçi Azərbaycanda işləmək istəmir
22.09.2011 - 15:01
“İşsiz qaldığım 4 ay müddətinə çox şeyi dərk etdim. Anladım ki, məşqçi təklif almaq üçün bir neçə həmkarının istefasını gözləməlidir ki, növbə ona çatsın”. Apasport.az saytının məlumatına görə, bu sözləri hollandiyalı mütəxəssis Ton du Şatiniyer deyib.
4 ay əvvəl Hollandiyanın “Utrext” klubundan istefaya göndərilən 53 yaşlı mütəxəssis işsiz qalmasını hər təklifi bəyənməməyi ilə izah edib: “Düzdür, əlimdə bir neçə təklif var. Lakin mən Azərbaycan və Qanada işləyəsi deyiləm. Nə olsun ki, bu ölkələrdə çalışmağın qarşılığında xeyli məbləğdə pul verirlər. Mən hələ də Hollandiyanın güclülər dəstəsində çalışmaq iddiasındayam. Axı “Utrext”i avrokuboklar səviyyəsinə qaldıran məşqçi mənəm”.
Du Şatiniyer təklifini qəbul etmək istəmədiyi Azərbaycan təmsilçisinin adını çəkməsə də bu, böyük ehtimalla “Rəvan”dır. Uğursuz çıxışlardan sonra Bəhmən Həsənovu artıq istefaya göndərən bakılılar ölkə xaricində məşqçi axtardığını gizlətmir. Komanda Vladislav Qədirova tapşırılsa da, “Rəvan” onunla kifayətlənmək fikrində deyil.
Bakılıların indi də apardığı axtarışların hələ Həsənovun istefasından əvvəl başladığı da heç kimə sirr deyil. Bütün bunlar isə du Şatiniyerlə danışıqların aparıldığını ehtimal etməyə imkan verir.
Qeyd edək ki, futbolçu karyerası boyu yalnız bir klubda “Utrext”də oynayan du Şatiniyer 1977-1987-ci illərdə oynadıqdan sonra karyerasını erkən bitirib. Həmin vaxt doğma klubun uşaq komandasında məşqçiliyə başlayan çalışdırıcı sonradan müxtəlif komandaların əsas komandalarında çalışıb. 2008-ci ildə “Utrext”ə baş məşqçi kimi qayıdan du Şatiniyer ötən mövsüm bitən kimi istefaya göndərilib.

0
0