“İnter”də yeni baş məşqçi
22.09.2011 - 15:50
“İnter”də yeni baş məşqçi
İtaliyanın “İnter” klubunun yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, Milan təmsilçisini Klaudio Ranyeri çalışdıracaq.

59 yaşlı italiyalı mütəxəssis yeni klubu ilə 2013-cü il iyunun 30-dək müddətə nəzərdə tutulan müqavilə imzalayıb. O, bu postda İtaliya çempionatının IV turunda debütant “Novara”ya 1:3 hesablı məğlubiyyətdən sonra qovulan Canpyero Qasperinini əvəzləyib.

Qeyd edək ki, Ranyeri bunadək “Çelsi”, “Yuventus”, “Roma” klublarını çalışdırıb.