Branimir Subaşiç: Canfəşanlığım Rednikin ürəyincə olubsa...
22.09.2011 - 17:25
“Əsəb sistemimdə problemlər var idi. Yəqin ki, bu, həddən çox yorulmaqla bağlı idi. Həmin vaxt çox gərgin qrafikimiz var idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının və “Xəzər Lənkəran” klubunun futbolçusu Branimir Subaşiç deyib.
29 yaşlı hücumçu son turlarda meydana çıxmamağının səbəbini açıqlayıb: “Klubun məşqində 2, bəzən 3 qat güc sərf edirdim. Çünki məndən fərqli, bir neçə toplanış keçən yoldaşlarıma çatmaq, itirdiyimi qaytarmağa çalışırdım. Komandaya gec qoşulduğumdan yaranan geriqalmanı aradan qaldırmalı idim. Üstəlik, paralel olaraq yığmaya da çağırıldım. Heç də yüngül olmayan toplanış və 2 oyunda meydana çıxdıqdan sonra kluba döndüm. Özümü pis hiss etdikdə həkimlər məni yoxlayıb istirahət etməyi tövsiyə etdilər. Son matçlarda oynamamağım bununla bağlı idi”.
Subaşiç Premyer Liqanın VII turunun sabahkı görüşündə meydana çıxmaq həvəsilə alışıb-yandığını da gizlətmir: “İndi özümü yaxşı hiss edirəm. Əslində, hələ “Qarabağ”la matçda meydana çıxa bilərdim. Lakin azlıqda qaldığımızdan baş məşqçimiz Mirça Rednik riskə getmədi. Lakin indi “Qəbələ” ilə görüşdə şans qazanacağıma ümid edirəm. Əgər məşqlərdəki canfəşanlığım Rednikin ürəyincə olubsa, lap əsas heyətdə yer alacağam. Hər şey artıq sabah bilinəcək”.
Branimir ötən mövsüm çıxış etdiyi “Qəbələ” ilə matçda qol vurmaqdan daha çox qələbəni düşünür: “Əlbəttə sabiq komandama qarşı oynamaq istəyərdim. Bunda heç bir prinsipiallıq görmürəm. Sadəcə, sabiq komanda yoldaşlarımla mübarizədə özümü sınamaq maraqlıdır. Orda çoxlu yaxşı dostlarım qalıb və onlarla görüşmək maraqlı olacaq. Komandadakı rəqabətdən də azad deyiləm. Bu üzdən maksimum dərəcədə oynamağa çalışacağam. Təbii ki, qol vursam, çox sevinərəm. Amma əsas komandanın uğuruna köklənmişəm”.
Mənbə: extratime.az

0
0