Bakı derbisi öncəsi təbrik
23.09.2011 - 04:33
"Bakı" futbol klubu "Neftçi"nin prezidenti Sadıq Sadıqova təbrik məktubu ünvanlayıb. Apasport.az-ın məlumata görə, məktubda "Bakı"nın prezidenti Hafiz Məmmədov və komandanın kollektivi Sadıq Sadıqovu Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunması münasibəti ilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sadıqov “Neftçi” futbol klubunun prezidenti olmaqla bərabər, həm də “Neftçi” İdman Sağlamlıq Mərkəzinin icraçı direktorudur.
Qeyd edək ki, Premyer Liqanın VI turu çərçivəsində bu gün “Bakı” “Neftçi”nin qonağı olacaq.

0
0