Rəşad Sadiqov: Bu, bizə yaraşan yer deyil
23.09.2011 - 11:59
“Bütün oyunlarda olduğu kimi, AZAL-la görüşə də qələbə üçün çıxacağıq. Turnir cədvəlində vəziyyətimiz yaxşı deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadiqov deyib.
Futbolçu Premyer Liqanın VII turunun AZAL-la oyunu haqda fikirlərini bildirib: “Hazırda 8-ci pillədə qərarlaşmışıq ki, bu da bizə yaraşan yer deyil. Amma “təyyarəçilər”lə qarşılaşmaya adi oyun kimi hazırlaşırıq. Əlavə gərginlik bizə çətinlik yarada bilər. AZAL yaxşı müdafiə olunma qabiliyyətinə malikdir. Oyunları alınanda qarşısıalınmaz olurlar. Öz meydanları olduğu üçün onlar da qələbə üçün vuruşacaqlar. Belə də maraqlı oyun olacaq. Görüşün süni ot örtüklü meydançada olmasının həm yaxşı, həm də mənfi tərəfi var. Meydana ağır olsa da, düz olduğuna görə topla hərəkət etmək daha əlverişli olar”.
Sadiqov növbəti 2 oyunda qələbə qazanmaq arzusundadır: “Ötən mövsüm AZAL-ın 2-ciliyi əlimizdən almasını unutmuşuq. Daha dəqiqi, bu haqda fikirləşmək bizə fayda verməyəcək. Ona görə də sadəcə, öz oyunumuza köklənməyə çalışırıq. Əsas hədəfimiz “uğursuzluq zolağı”ndan çıxmaqdır. Bilirik ki, ardıcıl 2 qələbə bizi yenidən zirvə üçün vuruşmağa şərait yaradacaq. Bizim problemimiz ümumi yorğunluqla bağlıdır. Düzdür, bu bir qədər təkrarçılıqdır. Amma həqiqətən də 3 il istirahət etmədən oynamaq öz sözünü deyir. Ona görə də biz də enişin zaman-zaman müşayiət olunması normaldır. Amma bu mövsüm hədəfimiz daha yuxarıda qərarlaşmaq olduğuna görə daha artıq fədakarlıq etməliyik. AZAL hər nə qədər çətin rəqib olsa da, öz sözümüzü deməliyik”.
Mənbə: klubun saytı

0
0