Azərbaycan yığmasının oyunlarının təqvimi dəyişdiriləcək
23.09.2011 - 12:12
UEFA-ya üzv olan milli assosiasiyaların rəhbərlərinin Kiprdəki görüşü zamanı yığmaların oyunlarının təqvimi də müzakirə olunub. Apasport.az saytının məlumatına görə, əksər ölkələr yoldaşlıq oyunları üçün mövcud olan hazırkı təqvimin dəyişdirilməsini dəstəkləyib.
Avropalılar FİFA-nın hər oyun pəncərəsində 2 qarşılaşmanın baş tutmasının tərəfdarıdır. Bu daha çox avqustdakı yoldaşlıq oyunlarına şamil olunacaq.
Məsələ ilə bağlı məsləhətləşmələr yekunlaşdıqdan sonra Avropa üçün vahid təqvim müəyyənləşəcək və FİFA-ya təqdim olunacaq.
Qeyd edək ki, Kiprdəki tədbirdə Azərbaycanı AFFA-nın baş katibi Elxan Məmmədov təmsil edir.

0
0