Millimizin oyunçuları üçün azərbaycanlı hakim
23.09.2011 - 13:05
Futzal üzrə UEFA kubokunun əsas mərhələsinin oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Araz”ın azad olduğu bu mərhələdə azarkeşlərimizin diqqəti Ukrayna təmsilçisi “Uraqan”a yönəlib.
Milli komandamızın liderlərindən olan braziliyalılar Serjao və Biro Jadenin çıxış etdiyi Ukrayna çempionu sentyabrın 27-30-da Serbiyada mübarizə aparacaq. “Uraqan” yerli “Ekonomas”, İsrail “Ben Qurion”u və Kipr “Omoniya”sı ilə mübarizə aparacaq.
Bu qrupun oyunlarına təyinat alan 4 hakimdən biri də Azərbaycan təmsilçisidir. Belə ki, Elçin Səmədli də Kraquevats şəhərində fit çalacaq.

0
0