Milli komandaya ağır cəza
23.09.2011 - 13:31
Milli komandaya ağır cəza
İraq milli komandası ev oyunlarını ölkədən xaricdə keçirməli olacaq. Apasport.az saytının məlumatına görə, buna Asiya Futbol Konfederasiyasının qoyduğu cəza səbəb olub.

İraq təmsilçisi London-2012 və DÇ-2014-ün seçmə oyunlarını vətəndən kənarda keçirməlidirlər. Braziliyalı futbol əfsanəsi Zikonun baş məşqçisi olduğu yığmanın belə ağır cəza alması stadionlarda təhlükəsizliyin təmin olunmamağı ilə bağlıdır.

Belə ki, DÇ-2014-ün seçmə mərhələsinin İordaniya ilə qarşılaşması zamanı tribunalarda qalmaqal yaşanmışdı. Sentyabrın 2-də Ərbil şəhərində baş verənləri araşdıran konfederasiya belə cəza verməyi məqsədəuyğun sayıb.